Müvəqqəti inzibatçı bankın fəaliyyətinin auditinin keçirilməsini təşkil etmək səlahiyyətinə malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. O, həmçinin bankın hüquqi sənədlərinin ekspertizasının aparılmasını təmin edir. Müvəqqəti inzibatçı bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran halları da araşdırır. Şübhəli şəxslərin məsuliyyətə cəlb edilməsi və banka dəymiş zərərin ödənilməsi üçün aidiyyəti orqanlara müraciət və məhkəmədə iddia qaldırılması da onun səlahiyyətlərinə daxildir.
