Rezolyusiya zamanı ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivləri və öhdəlikləri yaradılan körpü banka köçürülə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Körpü bank sonradan investora satıla bilər.
Qanun həmçinin ödəmə qabiliyyətini itirmiş bankın birbaşa investora satılmasını nəzərdə tutur.
Rezolyusiya variantlarından biri də bankın ləğv edilməsidir.