Mərkəzi Bank müəyyən edilmiş hallarda banka və bank inzibatçılarına qarşı cərimə sanksiyalarının tətbiq edilməsinə qərar verə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Cərimələr Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
Mərkəzi Bank inzibatçıların tutduğu vəzifələrdən azad edilməsi barədə də sanksiya tətbiq edə bilər.
Bu halda inzibatçıların vəzifədən azad edilməsi bankın səlahiyyətli idarəetmə orqanının qərarı ilə təxirəsalınmadan həyata keçirilməlidir.

