Vergi nəzarətini həyata keçirən müvafiq dövlət orqanı bankların və xarici bankların yerli filiallarının fəaliyyətini yalnız vergi ödəyicisi qismində yoxlaya bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Yoxlamalar zamanı bank müştərilərinin hesabları və əməliyyatları ilə bağlı məlumatlar yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada əldə edilə bilər.
Bu məlumatlar bank sirrini təşkil edən məlumatların açıqlanması ilə bağlı tələblərə uyğun əldə olunmalıdır.
Qayda vergi nəzarəti ilə bank sirrinin qorunması arasında qanunvericilik çərçivəsini müəyyən edir.
