Mərkəzi Bank bankların və xarici bankların yerli filiallarının auditinin aparılmasına dair minimum tələblər müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Minimum tələblər beynəlxalq bank nəzarəti praktikasına uyğun müəyyən edilir.
Kənar auditor yoxlaması Mərkəzi Bankın tələblərinə uyğun gəlmədikdə auditorun dəyişdirilməsi tələb oluna bilər.
Mərkəzi Bank belə halda bankın öz vəsaiti hesabına təkrar auditin aparılmasını da tələb edə bilər.
