Polis yetkinlik yaşına çatmayanlar tərəfindən hüquqpozuntularının törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması üçün tədbirlər görə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis bu barədə müvafiq dövlət orqanlarına, idarələrə, təşkilatlara və müəssisələrə təkliflər verə bilər. Hüquqpozuntu törətmiş yetkinlik yaşına çatmayanlarla bağlı da qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilə bilər. Uşaqların tərbiyəsi və saxlanılması üzrə vəzifələrini yerinə yetirməyən və ya onların tərbiyəsinə mənfi təsir göstərən şəxslərlə bağlı müvafiq dövlət orqanlarına təsir tədbirlərinin tətbiqi barədə təkliflər verilə bilər.
