Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Belə sənəd məhkəmənin möhürü ilə də təsdiqlənir.
Digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir.
Məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu isə müvafiq məcəllələrin tələbləri ilə müəyyən edilir.
