Polis əməkdaşı hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara son qoyulmasını tələb edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Bu hüquq şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və belə təhlükəyə şərait yaradan hərəkətlərə də şamil edilir. Polis əməkdaşının qanuni tələbi hüquqpozmanın qarşısının alınmasına yönəlir. Tələbin icrası polis əməkdaşının üzərinə düşən vəzifələrin yerinə yetirilməsi çərçivəsində həyata keçirilir.
