Polis cinayət və digər hüquqpozmalar barədə daxil olan ərizə və məlumatların qəbul edilməsini və qeydiyyata alınmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Daxil olan məlumatlarla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülür.
Polis cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, baş vermiş cinayətlərin aşkara çıxarılması və onları törədən şəxslərin müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir.
Cinayətləri doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması da polis əməkdaşının vəzifələrinə daxildir.