Polis əməkdaşları vəzifələrini həyata keçirərkən ayrıca əmr və ya göstəriş gözləmədən əməkdaşlıq etməli və qarşılıqlı fəaliyyət göstərməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Onlar bir-birinə hərtərəfli kömək etməyə borcludurlar.
Polis əməkdaşı hər hansı şəxsə müraciət edərkən adını, soyadını və rütbəsini bildirməli, xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir.
O, səlahiyyətlərini həyata keçirərkən bilavasitə və birbaşa rəisinə tabedir.