Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa heç bir şəxs polisin qanuni fəaliyyətinə məhdudiyyət qoya bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polisin qanuni fəaliyyətinə istənilən səbəbdən təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir.
Belə müdaxilələrə yol verilməsi qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Polisin fəaliyyətinə müdaxilənin yolverilməzliyi onun qanunla verilmiş səlahiyyətlərini müstəqil həyata keçirməsini təmin edən müddəalardan biridir.