Polisin əsas VƏZİFƏSİ

19 Oktyabr 2026, 01:07

Polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, həmçinin dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polis ictimai qaydanı qoruyur və ictimai təhlükəsizliyi təmin edir.
Polis həmçinin cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görür və şəxsiyyəti, insan hüquq və azadlıqlarını hüquqa zidd əməllərdən qoruyur.
Qanunda yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması da polisin əsas vəzifələrindən biri kimi müəyyənləşdirilib.