Bu halda craata xitam verilir

19 Oktyabr 2026, 01:06

İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı ləğv edildikdə icraata xitam verilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Qanuna görə icra sənədi sayılan sənədin ləğv edilməsi də eyni nəticəyə səbəb olur. Qanun əsasında borclunun dövlətə olan borcu silindikdə də icraata xitam verilməsi nəzərdə tutulur. Həmçinin müəyyən vergilər, faizlər və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 il keçdikdə qanunda göstərilən istisnalar nəzərə alınmaqla icraata xitam verilə bilər.