Borclunun üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olması icraatın dayandırılması üçün əsas ola bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Borclunun ağır xəstəliyi səbəbindən stasionar müalicə müəssisəsində müalicə olunması da icraatın dayandırıla biləcəyi hallardandır. İcra məmuruna etirazın təmin edilməməsindən və ya onun hərəkətlərindən şikayət verilməsi zamanı da icraat dayandırıla bilər. Bu hallarda dayandırma məcburi deyil və qanunda nəzərdə tutulmuş mümkün dayandırma əsasları tətbiq olunur.
