İcra sənədində göstərilən tələblər aydın olmadıqda icra məmuru həmin sənədin verilməsi üçün əsas olmuş qərarın izah edilməsi barədə müvafiq məhkəməyə və ya digər orqana müraciət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Bu qayda qanuna əsasən icra sənədi sayılan digər sənədlərə də şamil olunur.
Müraciətin məqsədi icra sənədinin məzmununu dəyişdirmək deyil, onun tələblərinin aydınlaşdırılmasını təmin etməkdir.
Belə müraciət icra hərəkətlərinin düzgün həyata keçirilməsi üçün hüquqi əsas yaradır.
