Borclu fiziki şəxs olduqda icra hərəkətləri onun yaşadığı, işlədiyi və ya əmlakının olduğu yerdə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu və ya əmlakının yerləşdiyi yerdə aparılır.
Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər isə icra sənədində göstərilən qaydada və yerdə icra olunur.
Bu qaydalar icra hərəkətlərinin həyata keçirilməli olduğu ərazi üzrə müəyyənlik yaradır.
