Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə icraya dair milli qanunvericilikdən fərqli qaydalar müəyyən edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Belə halda beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.
Bu norma icra prosesində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hüquqi əhəmiyyətini müəyyənləşdirir.
Ələt azad iqtisadi zonasında məhkəmə və digər orqanların qərarlarının icrası isə həmin zona haqqında qanunun tələblərinə uyğun tənzimlənir.
