Bankın qanuni maraqlarının qorunması məqsədilə müştərinin borc öhdəliyi barədə məlumat məhkəməyə və hüquq mühafizə orqanlarına təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Belə məlumat bankın hüquqi yardım göstərən vəkilinə də tələb olunan həcmdə verilə bilər.
Qanunda nəzərdə tutulan hallarda məlumat arbitraj məhkəməsinə, mediator və digər alternativ mübahisə həlli mexanizmlərini həyata keçirən şəxslərə də təqdim oluna bilər.
Məlumatın açıqlanması yalnız bankın qanuni maraqlarının qorunması üçün tələb olunan həcmdə həyata keçirilməlidir.