Banklar maliyyə ilinin başa çatmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını təqdim etməli və dərc etdirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Banklar birləşdirilmiş maliyyə hesabatlarını isə ən geci altı ay müddətində təqdim etməli və dərc etdirməlidir.
Hesabatlar auditor rəyi ilə birlikdə təqdim olunur.
Bu müddətlər bankların illik maliyyə məlumatlarının vaxtında açıqlanmasını təmin etməyə yönəlib.