Bank prudensial normativ və tələbləri pozduqda Mərkəzi Bank tərəfindən ona təsir tədbirləri tətbiq edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Belə tədbirlər qanunların, Mərkəzi Bankın normativ xarakterli aktlarının və lisenziya və icazələrə daxil edilmiş məhdudiyyətlərin pozulması hallarında tətbiq oluna bilər.
Mərkəzi Bank bankdan pozuntuların aradan qaldırılması barədə öhdəlik məktubu tələb edə, bankla razılaşma bağlaya və banka sərəncam verə bilər.
Bankdan öhdəlik məktubu tələb edildikdə, həmin sənəddə çatışmazlıqların aradan qaldırılması üçün görüləcək tədbirlər və onların müddətləri göstərilməlidir.
