Qanunda nəzərdə tutulmuş əsaslar olduqda Mərkəzi Bank bank lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Lisenziyanın ləğvi məsələsi banklara tətbiq edilən sanksiyalar sırasında nəzərdə tutulub.
Sanksiyaların tətbiqi bankı kreditorlar, o cümlədən müştəriləri qarşısında öhdəliklərindən azad etmir.
Vəzifədən azad edilməyən bank inzibatçıları da öz xidməti vəzifələrini yerinə yetirmək öhdəliyindən azad olunmurlar.
