Borclunun əmlakı üzərində sərəncam vermək və ya ondan istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulan məhdudiyyətlərə əməl edilməməsi məsuliyyət yaradır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Məhdudiyyətlər borclunun əmlakının qorunması və icra sənədinin tələblərinin yerinə yetirilməsi məqsədilə tətbiq olunur.
Borclu bu məhdudiyyətlərə riayət etməli və əmlak üzərində qanunsuz sərəncam verməkdən çəkinməlidir.
Qanunun tələblərinin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müəyyən edilir.
