Borclunun banklarda, digər kredit təşkilatlarında və elektron pul təşkilatlarında olan vəsaitlərinə yönəltmə barədə icra məmurunun qərarı “Elektron icra” informasiya sistemi vasitəsilə göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qərarın qəbulu və icrasının nəticələri barədə məlumatın sistemə ötürülməsi həmin təşkilatların inteqrasiya olunmuş informasiya sistemləri vasitəsilə təmin edilir.
Qərarın qəbuluna səbəb olan əsaslar aradan qalxdıqda icra məmuru bir iş günü ərzində bankı, kredit təşkilatını və ya elektron pul təşkilatını elektron qaydada məlumatlandırmalıdır.
Bu mexanizm icra qərarlarının maliyyə təşkilatlarına elektron formada çatdırılmasını və icrasının nəticələrinin sistemdə əks etdirilməsini təmin edir.