İcra məmuruna etiraz məsələsi icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən 10 gün müddətində həll edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Tərcüməçiyə və ya mütəxəssisə etiraz barədə qərarı isə icra məmuru 10 gün müddətində əsaslandırılmış şəkildə qəbul edir və qərar rəhbər tərəfindən yoxlanılaraq təsdiqlənir.
İcra məmuruna etiraz təmin edilərsə, onun icraatındakı sənədlər digər icra məmuruna verilir.
Etiraz təmin edilmədikdə tərəflər qərarın surətini aldıqdan sonra 10 gün ərzində məhkəməyə şikayət edə bilərlər.