Tərcüməçi icraat zamanı gördüyü işə görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Bilə-bilə yanlış tərcüməyə görə tərcüməçi qanunla müəyyən edilmiş məsuliyyətə cəlb oluna bilər. İcra məmuru tərcüməçini bu məsuliyyət barədə əvvəlcədən xəbərdar etməlidir. Bununla icraat zamanı tərcümənin düzgün və obyektiv aparılmasının təmin edilməsi məqsədi güdülür.