Tərəflər icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərcüməçi dəvət edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Tərcüməçi 18 yaşına çatmış, tam fəaliyyət qabiliyyətli, müvafiq dilləri mükəmməl bilən və tərcümə üçün zəruri biliyə malik şəxs ola bilər. Tərcüməçiyə ehtiyacı olan şəxsə onu dəvət etmək üçün müddət verilir və həmin müddətdə tərcüməçi təmin edilmədikdə o, icra məmurunun qərarı ilə təyin olunur. Tərcüməçi gördüyü işə görə haqq almaq hüququna malikdir və bu ödəniş icra hərəkətləri ilə bağlı xərclərə aid edilir.