İcra sənədi borclunun əməkhaqqından və ya gəlirindən birdəfəlik və ya vaxtaşırı tutulmalar aparılması üçün onun iş yerinə göndərilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. İcra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər icra qurumuna göndərildikdə də aidiyyəti üzrə göndərilmiş hesab edilir. Sənəd borclunun iş yerinə göndərildikdə icra məmuru onun icra vəziyyətini yoxlamalıdır. İcra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə icra məmuru tələbkara məlumat verməlidir.