Mərkəzi Bank müvəqqəti inzibatçının təqdim etdiyi rezolyusiya tədbirlər planını müəyyən müddətdə təsdiqləməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Tədbirlər planı təqdim edildiyi gündən 15 təqvim günü ərzində təsdiqlənməlidir. Mərkəzi Bank bu müddəti daha 15 təqvim gününədək uzada bilər. Plan müvəqqəti inzibatçı tərəfindən minimum itki prinsipi əsasında aparılan təhlil və hesablamalar nəzərə alınmaqla hazırlanır.
