Müvəqqəti inzibatçı bankda əmək münasibətləri ilə bağlı müxtəlif qərarlar qəbul edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. O, işdən azad edilmə, əmək şəraitinin dəyişdirilməsi, aşağı vəzifəyə keçirilmə və müvəqqəti vəzifədən kənarlaşdırma barədə əmrlər verə bilər. İşçilər arasında vəzifə bölgüsünün aparılması da müvəqqəti inzibatçının səlahiyyətlərinə daxildir. Bundan başqa, bankın xərclərinin azaldılması istiqamətində tədbirlər görülə bilər.