İcra sənədi müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, eləcə də qanunla müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qanunda nəzərdə tutulan icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya göndərilir.
Bu məqsədlə “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının müvafiq informasiya sistemlərindən istifadə olunur.
Müvafiq informasiya sistemi olmayan dövlət orqanları və bələdiyyələr sənədləri onlar üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər.