İcra zamanı borclunun yaşayış, olduğu və ya iş yeri dəyişdikdə icra məmuru bu barədə akt tərtib edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Borclunun əvvəlki yerdə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbi təmin etməyə kifayət etmədiyi müəyyənləşdikdə də müvafiq akt hazırlanır.
İcra məmuru akt tərtib edildikdən sonra bir gün ərzində icra sənədini yeni yaşayış, iş və ya əmlak yerinin icra məmuruna göndərir.
Bu barədə tələbkara və icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verilir.