Məhkəmə və ya digər orqan icra məmurunun icra sənədinin izah olunması barədə ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Məhkəmə və ya digər orqan müvafiq qərarı və ya qanuna əsasən icra sənədi sayılan sənədi onun məzmununu dəyişdirmədən izah edir.
İzah icra sənədindəki tələblərin icra məmuru tərəfindən düzgün başa düşülməsinə xidmət edir.
Bununla icra prosesində sənədin məzmununun tətbiqi ilə bağlı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması nəzərdə tutulur.
