Borclunun, onun əmlakının və ya uşağının axtarışda olması icraatın dayandırılmasına imkan verən hallardandır. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Belə vəziyyətdə icra sənədi üzrə icraatın dayandırılması məsələsinə qanunda müəyyən edilmiş qaydada baxılır. Bu hal icraatın məcburi deyil, mümkün dayandırılması əsasları sırasında yer alır. İcraatın dayandırılması üçün digər qanuni əsasların mövcudluğu da nəzərə alına bilər.