İcra sənədi üzrə nəzərdə tutulan tələblər tam icra olunduqda icraata xitam verilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. İcraata xitam verilməsi üçün əsaslar müəyyən edildiyi gündən icra məmuru 3 iş günü müddətində əsaslandırılmış qərar qəbul edir. Qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiqlənir və onun surəti 3 gün ərzində tərəflərə göndərilir. İcra məmuru xitam barədə qərar qəbul etdikdən sonra həmin icraat üzrə hər hansı icra hərəkətinin həyata keçirilməsinə yol verilmir.
