Polisin əsas vəzifələrindən biri törədilmiş cinayətləri açmaq və cinayətkarları aşkara çıxarıb tutmaqdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polis cinayətlərin qeydiyyatını və uçotunu aparır, səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq həyata keçirir.
Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və digər təsir tədbirləri də tətbiq edilə bilər.
Polis həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirir və kriminalistik tədqiqatların aparılmasını təmin edir.