Polis qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada cinayət işləri başlamaq, təhqiqat və istintaq aparmaq səlahiyyətinə malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polis əməkdaşları qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini də həyata keçirirlər.
Məhkəmənin, hakimin və ya prokurorun qərarları, habelə müstəntiqin və təhqiqatçının qərarları və yazılı tapşırıqları qanunda nəzərdə tutulmuş hallarda polis tərəfindən icra edilir.
Bu fəaliyyət cinayətlərin qarşısının alınması, aşkar edilməsi və araşdırılmasına yönəldilir.
