Polis əməkdaşı cinayət və ya inzibati xəta törətməkdə şübhə edilən şəxslərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlaya bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis əməkdaşı qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş şəxsi tuta bilər. Eyni hüquq belə əməllərin törədilməsində şübhələnilən şəxslərə də aiddir. Bu tədbirlər şəxsiyyətin müəyyənləşdirilməsi və hüquqpozmalara hüquqi qiymət verilməsi məqsədi daşıyır.
