Borclunun əmlakına tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək məqsədilə həbs qoyulur.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Əmlaka həbs qoyulmasının digər əsası borclunun əmlakının müsadirəsi barədə məhkəmə qərarının icrasının təmin edilməsidir.
Həbs əmlakın siyahıya alınmasını və onun üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.
Zəruri hallarda əmlakın istifadəsi məhdudlaşdırıla, əmlak götürülə və ya saxlanmaq üçün başqa şəxsə verilə bilər.
