Borclunun ümumi mülkiyyətdə olan əmlakı mövcuddursa, tələb onun həmin əmlakdakı payına yönəldilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Belə əmlaka tələb yönəldilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun həyata keçirilir.
Bu zaman icra borclunun ümumi mülkiyyətdəki payı nəzərə alınmaqla aparılır.
Qanunun bu müddəası ümumi mülkiyyətdə olan əmlakın digər sahiblərinin hüquqlarının nəzərə alınmasına imkan verir.