Qanunvericilikdə məcburi icra tədbirlərinin bir neçə növü müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Bu tədbirlərə borclunun əmlakına həbs qoyulması və həmin əmlakın satılması yolu ilə tələbin əmlaka yönəldilməsi daxildir.
Tələb borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və digər gəlirlərinə, eləcə də üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilə bilər.
Bundan başqa, icra sənədində göstərilən müəyyən əşyaların borcludan götürülərək tələbkara verilməsi və qanunvericilikdə nəzərdə tutulan digər tədbirlər də məcburi icra vasitələridir.