Borclunun əmlakına baxış keçirilməsi, əmlakının həbsi və müsadirəsi ilə bağlı icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Borclunun əmlakının başqa şəxsə verilməsi ilə bağlı icra hərəkətləri də hal şahidlərinin iştirakı tələb olunan hallara daxildir. Həmçinin borclunun və ya başqa şəxslərin tutduğu, yaxud onlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin və obyektlərin açılması zamanı hal şahidləri iştirak etməlidirlər. Bu tələb qanunda nəzərdə tutulan icra hərəkətlərinin həyata keçirilməsi zamanı tətbiq olunur.
