İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda onun vərəsəsi və ya hüquq varisi icraatda həmin şəxsi əvəz edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Fiziki şəxsin ölümü, hüquqi şəxsin yenidən təşkili, tələbin güzəşt edilməsi və ya borcun köçürülməsi tərəfin əvəz olunmasına səbəb ola bilər. Bu halda icra məmuru qərar qəbul edir və tərəfin əvəzlənməsini qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirir. Vərəsə və ya hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər onun üçün də əvvəlki tərəf kimi məcburi olur.
