İcra sənədinin əsli itdikdə həmin sənədin dublikatının verilməsi mümkündür. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Dublikat müvafiq məhkəmə və ya digər orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilir. İcra sənədinin dublikatı tələb üçün əsas hesab olunur. Beləliklə, sənədin əslinin itirilməsi onun icrasının hüquqi əsasının aradan qalxmasına səbəb olmur.