Rezolyusiya tədbirlər planı bankın aktiv və öhdəliklərinin inventarizasiyasının nəticələri əsasında hazırlanır. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Plan bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla onun ödəmə qabiliyyətinin bərpası və ya ləğvi üçün tədbirləri əks etdirməlidir. Sənəddə seçilən rezolyusiya tədbirinin xərclər baxımından əsaslandırılması və müqayisəli təhlili, kreditorlar və əmanətçilərlə münasibətlərin tənzimlənməsi qaydaları da göstərilir. Bundan başqa, alıcı bankın və investorun seçilməsi üçün hərrac şərtləri, planın icra müddəti və ləğv zamanı satıla biləcək aktivlərin qiymətləndirilmiş dəyəri plana daxil edilir.