Müvəqqəti inzibatçı bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması və itirilmiş kapitalının bərpası üçün bir sıra tədbirlər həyata keçirir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. O, bankın aktiv və öhdəliklərinin həcmini müəyyən edir, yenilənmiş balans hesabatı hazırlayır, məcmu kapitalı yenidən qiymətləndirir və kapital kəsirini müəyyənləşdirir. Bankın kapitalının artırılması üçün mühüm iştirak payına malik səhmdarların müəyyən əmanət və subordinasiya borc öhdəliklərinin nizamnamə kapitalına daxil edilməsi də mümkündür. Müvəqqəti inzibatçı həmçinin bankın törəmə hüquqi şəxslərdəki payını, daşınmaz əmlakını və digər aktivlərini sata və ya girov qoya bilər.
