Bankın aktivləri və maliyyə vəziyyəti qiymətləndirilərkən məhkəmə onun depozitlər və digər öhdəliklər üzrə ödənişlərini tam və ya qismən dayandıra bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Moratorium Mərkəzi Bankın ərizəsi əsasında tətbiq edilə bilər.
Bu tədbir bank aktivlərinin dəyərinin aşağı düşməsinin qarşısının alınması məqsədi daşıyır.
Müvəqqəti inzibatçıya isə bankın idarə olunması üçün müəyyən edilmiş tələblərə cavab vermək şərti qoyulur.
