Mərkəzi Bankın müəyyən sanksiyaların tətbiqi barədə qərarları müvafiq banka təxirəsalınmadan bildirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Barəsində sanksiya tətbiq edilmiş şəxslər həmin qərardan İnzibati Prosessual Məcəllədə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərlər.
Cərimə sanksiyaları isə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edilir.
Məhkəməyə şikayət verilməsi inzibatçıların vəzifədən azad edilməsi və bank lisenziyasının ləğvi ilə bağlı sanksiyaların icrasını dayandırmır.