Mərkəzi Bankın banka verdiyi icrası məcburi sərəncamda pozuntuların aradan qaldırılması və ya təshih tədbirlərinin həyata keçirilməsi üçün müddətlər müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bankın maliyyə vəziyyətinin sağlamlaşdırılmasına yönəlmiş tədbirlər tətbiq edildikdə, bank iki həftə ərzində tədbirin həyata keçirilməsi planını Mərkəzi Banka təqdim etməlidir.
Mərkəzi Bankın icrası məcburi sərəncamından məhkəməyə şikayət verilməsi onun icrasını dayandırmır.
Bank öhdəlik məktubunun, razılaşmanın və sərəncamın icrası barədə sənədlərdə göstərilən müddətdə Mərkəzi Banka məlumat verməlidir.
