Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarını müəyyən edilmiş müddətlərdə Mərkəzi Banka təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Hesabatlar bankın və ya xarici bankın yerli filialının rəsmi internet səhifəsində dərc edilməlidir.
Bank bu barədə məlumatı da Mərkəzi Banka təqdim etməlidir.
İllik maliyyə hesabatlarının surəti auditor rəyi ilə birlikdə hər hansı şəxsin müraciəti əsasında həmin şəxsə pulsuz təqdim edilməlidir.