Ödəniş xidmətlərinin göstərilməsi zamanı bank sirri təşkil edən məlumatlar digər ödəniş xidməti təchizatçılarına təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Məlumatlar vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə də verilə bilər.
Bu məlumat mübadiləsi ödəniş xidmətlərinin göstərilməsi və əməliyyatların icrası ilə bağlı həyata keçirilir.
Qanun belə hallarda bank məlumatlarının müvafiq iştirakçılara təqdim edilməsinə imkan verir.